AZ

''Qalatasaray'' topu dirəyə vurmaq baxımından da liderdi

Türkiyə çempionatında mükəmməl mövsüm keçirən və bir sıra rekordları yeniləyən ''Qalatasaray'' daha bir göstəricidə də hamıdan öndədi.

Söhbət tir və dirəyə dəyən zərbələrdən gedir. Son olaraq ''Alanyaspor''la qarşılaşmada Dris Mertensin 2 zərbəsi dirəkdən döndü. Özü də İstanbul nəhəngi bu şanssızlığı ardıcıl 3-cü qarşılaşmada yaşadı. Superliqada orta hesabla hər oyuna qapıya ən çox (19) zərbə endirən komanda olan ''Cim-Bom''un bu mövsüm ümumilikdə 27 zərbəsi dirəkdən dönüb!

''Qalatasaray'' bu göstərici ilə nəinki superliqada, hətta Avropanın ən güclüçempionatları arasında da zirvədədi. İstanbul nəhəngini PSV təqib edir. Növbəti çempionluğunu rəsmiləşdirməyə çox yaxın olan Eyndhoven təmsilçisinin bu mövsüm erediviziyada 26 zərbəsi dirəkdən dönüb. Sonrakı pillələrdə Fatih Terimin çalışdırdığı ''Panatinaikos'' (22), ''Liverpul'', ''Benfika'' və ''Feyenoord'' (hərəyə 21) qərarlaşıb. ''Qalatasaray''da bu baxımdan ən çox fərqlənən futbolçu Mertensdi. Belçikalı yarımmüdafiəçi bu mövsüm superliqada 5 qol vurduğu halda 6 dəfə dirəkləri nişan alıb. Mertensdən başqa İkardi, Kərəm Aktürkoğlu, Sançes, Oliveyra hərəyə 3 dəfə, Kərəm Dəmirbay ilə Tete hərəyə 2 dəfə, Zaha, Nelsson və Ziyeş isə hərəyə 1 dəfə topu dirəyə vurub. Qeyd edək ki, ''Qalatasaray'' təkcə qalib gəldiyi oyunlarda yox, xal itirdiyi ''Hatayspor'' (1:2) və ''Sivasspor''a (1:1) qarşı oyunların da hərəsində 2 dəfə dirəyi keçə bilməyib.

ƏLİ

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla