AZ

Paşinyan Voskepara niyə helikopterlə getdi? – İlginc

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Voskepar kəndinə helikopterlə getməsi erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediasında müxtəlif iddialar yer alıb.

Bildirilib ki, Paşinyan Voskepara avtomobillə getsəydi, İcevan-Noyemberyan yolundan keçəcəkdi. Bu yolun bir hissəsi isə Azərbaycana qaytarılmalı olan kənddən keçir:

“Paşinyan həmin hissənin Azərbaycan ərazisində yerləşdiyini düşünür və riskli addım atmaq istəmir. Bir neçə gün əvvəl Ermənistanda “missiyasını” yerinə yetirən Avropa İttifaqının müşahidəçiləri də Voskepara gedərkən yolun həmin hissəsini Azərbaycana məxsus hesab edib, buradan yan keçmişdilər”.


Seçilən
9
Mənbələr
Şərh ()
Bağla