AZ

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən razı qalıb.

 

Sfera.az bildirir ki, o, oyunu izləyəndə çətinlik çəkdiyini etiraf edib:

 

"Matça baxanda əziyyət çəkdim. Özüm "Real Madrid"in böyük fanatıyam! Əlbəttə ki, xoşbəxt idim!"

 

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə “Real Madrid” arasında cavab oyunu aprelin 17-də baş tutub. Komandalar İngiltərənin Mançester şəhərindəki Etihad Stadionunda qarşılaşıblar. Matçın əsas və əlavə vaxtı heç-heçə başa çatıb - 1:1 (ümumi 4:4). Penaltilər seriyasında isə "Real Madrid" daha güclü olub - 4:3.

 

Fatimə Lətif

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla