AZ

Avropa Parlamentində Qubad İbadoğlunun məsələsi müzakirə ediləcək

Aprelin 24-də Avropa Parlamentində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə bağlı məsələ müzakirəyə çıxarılacaq. Bu barədə  İbadoğlunun qardaşı Qalib Bayramov Turana müsahibəsində bildirib. 
 
Bildirilib ki, iclasda  "Abzas Media" və "Toplum" TV jurnalistlərinin işləri də əhatə olunub. Qətnamənin aprelin 25-də səsverməyə çıxarılması ehtimal olunur. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Bundan sonra Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 
Gülnar Nazimqızı 



 


www.anews.az
Seçilən
103
2
Mənbələr
Şərh ()
Bağla