AZ

AFFA I Liqa klublarını cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.

17.04.2024-cü il tarixində I Liqada XXII turun “İrəvan” – “Şamaxı” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İrəvan” klubu 80 manat cərimə edilir (maddə 74.1);

17.04.2024-cü il tarixində I Liqada XXII turun MOİK – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);

18.04.2024-cü il tarixində I Liqada XXII turun “Difai Ağsu” – “İmişli” oyununda “Difai Ağsu” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilir (maddə 37);

18.04.2024-cü il tarixində I Liqada XXII turun “Karvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilir (maddə 37);
Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla