AZ

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Qara Qarayevin ev-muzeyində bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Qara Qarayevin ev-muzeyinin müdiri, dahi bəstəkarın qızı Züleyxa Bağırova-Qarayeva çıxış edərək Məmmədağa Umudovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıblar.

Muzeyin şöbə müdiri Xanım Abdinova M.Umudovun həya və yaradıcılıq yolu haqqında çıxış edib. Onun çıxışı bəstəkarın fəaliyyətini əks etdirən slayd-şou ilə müşayiət olunub.

Digər natiqlər də M.Umudovun yaradıcılığından, pedaqoji fəaliyyətindən danışıblar.

Tədbirin bədii hissəsində Məmmədağa Umudovun əsərlərindən ibarət videokonsert nümayiş olunub.

Qeyd edək ki, sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Məmmədağa Umudovun müəllifi olduğu kitabları imzası ilə iştirakçılara təqdim edib.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla