AZ

Ərdoğan: "Hər iki tərəf də fərqli şeylər deyir"

Prezident Rəcəb Tayyib Ərdoğan İran və İsrail arasında yaşanan gərginliklə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan, “İsrail ayrı, İran ayrı şeylər deyir. Məntiqli heç bir izahat yoxdur. Siz deyə bilməzsiniz ki, İranın bəyanatları həqiqəti deyir. İsrail haqqında onsuz da heç nə deyə bilməzsiniz“ dedi.

BMT-nin Təhlükəsizlik Şurasında ABŞ-ın İsrailin yanında olduğunu bildirən prezident Ərdoğan, “Təəssüf ki, ABŞ İsrailin tərəfini tutaraq mövqeyini ortaya qoyur. Onsuz da fərqli bir şey gözləmirdik" dedi.

Qeyd edək ki, prezident Ərdoğana gələn həftə İraqa edəcəyi səfərlə bağlı da sual verilib. Səfərin bir günlük səfər olacağını deyən Ərdoğan əvvəlcə Bağdada, sonra Ərbilə gedəcəklərini bildirib. Bu səfərlər zamanı iki ölkə arasında ikitərəfli əlaqələrin müzakirə ediləcəyini deyən Ərdoğan Ərbildə İraqın şimalındakı problemlərin də müzakirə ediləcəyini bildirib.

Günel Məlikzadə


Seçilən
42
Mənbələr
Şərh ()
Bağla