AZ

Mikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir?

Əgər hüquqi şəxslər mikro sahibkarlıqla məşğuldurlarsa, illik mənfəət vergisində onlar 75%-lik vergi güzəştindən istifadə edə bilərlərmi?
 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur.
Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-nə güzəşt tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 106-cı maddəsi

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla