AZ

Qaydaları pozansürücü “Prius”a qəza təhlükəsi yaratdı- VİDEO

Sabunçu-Zabrat yolunda qayda pozan sürücü qəza riski yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 90-TH-094 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü eyni anda bir neçə qayda pozub. Belə ki, o, iki zolağın arasıyla gedərək avtomobillərin hərəkətini məhdudlaşdırıb. Daha sonra isə anidən sol zolağa manevr edib. Bununla kifayətlənməyən sürücü ara məsafəsini düzgün təyin etməyib. O, anidən tormoz verərək “Toyota Prius” markalı maşına təhlükə yaradıb. Xoşbəxtlikdən “Prius”sürücüsü vaxtında nəqliyyat vasitəsini saxlayıb və qəzanı dəf edib.

Nərmin

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla