AZ

Şəbnəm pulunu harada SAXLAYIR? – Müğənni elə şeylər açıqladı ki…

Bir çox adamlar var ki, pulunu kartda, bəziləri bankda, bəziləri isə loru dillə desək, evdə balışın altında saxlamağa üstünlük verir.

Yenicag.az-a açıqlamasında aktrisa və aparıcı Şəbnəm Əliyeva üçün isə ən etibarlı yer evidir.

Bunun səbəbləri barədə danışan aktrisa ödənişləri də nəğd yolla reallaşdırdığını bildirib:

“Mən nə kartda, nə də bankda pul saxlamağı xoşlamıram. Pul mənim öz evimdə və öz əlimdə olmalıdır. Bunun üçün öz səbəblərim də var. Çünkü hesab edirəm ki, pul kartda dəyərsiz olur. O pula toxunub, hiss etməliyəm. Pul kartda olanda daha çox xərclənir. Amma əlində olanda dəyərini daha çox bilirsən. Pul saymağı da xoşlayıram. Onda pulun energetikasını hiss edirəm. Kartda olanda pulu saya bilmirsən.

Deyim ki, israfçı biri deyiləm, pul yığmağı sevirəm. Amma əvvəllər daha çox pul yığırdım, indi qiymətlər o qədər bahadır ki, qırağa qəpik də atmaq olmur.

Yadımdadır ki, uşaqlıqda həmişə pul yığırdım və azı 250 manat yığmışdım. O vaxt pul yaşıl rəngdə olurdu və buna görə pulu sevirdim. Evdə nə qədər edirdilər ki, uşaqsan, neynirsən bu qədər pulu? Deyirdim, “məmməd”ləri xırdalayın, yaşıl rəngdə pulları verin mənə. Özü də pulu daxıla yığırdım. Gedib-gəlib pullarıma baxırdım.

Bəzən deyirlər, yığışaq, lotereya oynayaq, sən də bizə qoşul. Həyatım boyu oynamamışam, çünki sevməmişəm belə şeyləri. O pulu ki, evdə üst-üstə yığmadın nə ləzzəti…”

Cəvahir

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla