AZ

Ölümündən bir neçə saat sonra Albert Eynşteynin Prinstondakı iş otağından çəkilən fotolar

Bu fotolar 18 aprel 1955-də ölümündən bir neçə saat sonra Albert Eynşteynin Prinstondakı iş otağında çəkilib.

Dahi alimin şəxsi əşyaları – müştüyü, külqabısı, aldığı məktublar, elmi büllütenlər və…son əlyazması…

“Dövrünün ən böyük alimi ən son hansı problem üzərində çalışırdı, hansı məsələ ətrafında baş sındırırdı, masasındakı son əlyazması nə haqda idi?”, – hər dəfə bu fotoya baxanda ağlımdan bu suallar keçirdi.

Sonralar gördüm ki, bu sualları təkcə mən verməmişəm…

Eynşteyn ömrünün son illərində qarşısına ağlasığmaz, həyata keçirilməsi mümkün olmayan bir məsələ qoymuşdu.

O, bu məsələni həll etməyin xəyalı ilə yaşayırdı həyatının qürubunda.

Dahi alim bütün fizika qanunlarını “Hər Şeyin Nəzəriyyəsi” olaraq adlandırdığı vahid bir nəzəriyyədə birləşdirmək istəyirdi.

Masasındakı son əlyazması da bu haqda idi.

İbrahim Nəbioğlu

visiontv.az



Seçilən
26
Mənbələr
Şərh ()
Bağla