AZ

Ronaldo "Yuventus"u məğlub etdi

"Yuventus" Kriştianu Ronaldo ilə maaş mübahisəsinə görə 9,8 milyon avro ödəyəcək. 

Valyuta.az xəbər verir ki, İtaliya nəhəngi Ronaldoya ümumilikdə 9 milyon 774 min 166 avro (faizlər istisna olmaqla) ödəməli olacaq. Bu məbləğ portuqaliyalı futbolçunun vergilərlə birlikdə alacağı xalis haqqı əhatə edir.

Tərəflər arasındakı məhkəmə çəkişməsinin səbəbi klubun əvvəlcə təxirə saldığı, sonra isə Ronaldoya heç vaxt vermədiyi maaş ödənişləri ilə bağlı idi. Bu, "Yuventus"un maliyyə tarazlığını sarsıdacaq ciddi xərc kimi qiymətləndirilib. Prosesdə Ronaldonun vəkilləri Con Şehata, Emanuele Quastalla, Fabio Yudika və Salvatore Pino mühüm rol oynayıb. Bundan başqa, “Yuventus”un keçmişdə belə bir maliyyə riski üçün xüsusi büdcə ayırmaması klubun maliyyə strukturunu daha da gərginləşdirəcək inkişaf kimi qiymətləndirilib.

Məsələ ilə bağlı “Yuventus”dan da təsdiqedici açıqlama verilib. Klub yaydığı bəyanatda Ronaldoya 9,8 milyon avro ödəniş etməli olduqlarını, lakin bu qərarı hüquqşünaslar vasitəsilə yenidən nəzərdən keçirdiklərini bildirib.

Elmir

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla