AZ

ABŞ-ın Kolumbiya Universitetində fələstinlilərin nümayişləri zamanı 100-dən çox tələbə saxlanılıb

ABŞ-ın Nyu-York şəhərində Kolumbiya Universitetinin şəhərciyində Fələstinə dəstək məqsədilə təşkil edilən oturaq aksiyada 100-dən çox tələbə saxlanılıb və rektorun tələbi ilə dağıdılıb. 7NEWS.az xəbər verir ki, CNN-in məlumatına görə, Nyu York Polis Departamenti (NYPD) etirazı dayandırmaqdan imtina edən hər kəsi həbs edəcəklərini elan etdikdən sonra tələbələrə müdaxilə edib. Qəzzadakı soyqırıma və Fələstinin işğalından qazanc əldə edən şirkətlərə davam edən maliyyə sərmayələrinə etiraz etmək üçün toplaşan və dağılmaqdan imtina edən 100-dən çox tələbəni polis saxlayıb. 7NEWS.az
Seçilən
45
6
Mənbələr
Şərh ()
Bağla