"Fənərbaxça"nın futbolçuları Duşan Tadiç, Cengiz Ünder və Leonardo Bonuççinin penaltilərini dəf edən "Olimpiakos"un qapıçısı Kostas Tzolakis, sarı-göylü futbolçuların penalti zərbələrini yerinə yetirdiyi küncləri su qabındakı kağıza yazıb və ona baxaraq hərəkət edib.
Moderator.az xəbər verir ki, Ülker Stadionunda UEFA Avropa Konfrans Liqasının 1/4 final rövanş oyununda, normal vaxtı Fənərbaxça ilə 1-0 öndə bitən matçda penaltılar seriyasından sonra Olimpiakos Tünd Mavi komandanı 3-2 hesabı ilə məğlub edərək adını yarımfinala çıxardı.
Fənərbaxçanın qapıçısı Dominik Livakoviç də, Youssef El-Arabi və Rodinel penaltilərdə qollara icazə vermədi.