AZ

“Sümük əzələ sistemi xəstəliklərinin çoxu özünü ağrı sindromu ilə göstərir“ - HƏKİM DANIŞDI

“Sümük əzələ sistemi xəstəliklərinin çoxu özünü ağrı sindromu ilə göstərir. Degenerativ oynaq xəstəliklərindən vaskulyar xəstəliklərə qədər hamısı aşağı ətraf ağrılarına səbəb olur. Aşağı ətraflar bədənin bütün ağırlığın saxlayır, buradan qaynaqlanan bütün ağrılar xəstəni yatağa bağlayır, əmək qabiliyyətini əlindən alır”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.

Ş.Qafarova bildirib ki, bud çanaq oynağı insan bədənindəki böyük top-yuva oynaq tipidir: “Bu mürəkkəb və böyük oynaq sisteminin patalogiyaları da müxtəlif ola bilir. Bud sümüyü başının sürüşməsi, osteonekrozu, oynaq sisteminin iltihabi xəstəlikləri, sınıqlar, osteoartroz, bud-çanaq çıxıqları, tendinitləri və s. xəstəliklər ola bilər.

Ağrının xarakterindən və diaqnostik üsullardan asılı olaraq xəstəlik differensasiya edilir və müalicə olunur. Müalicə xəstəliyin erkən dövrlərində başlasa proqnoz qənaətbəxş olur. Fizioterapiyada elektroterapiyadan, alçaq frekanslı axınlar, ultrasəs, krioterapia, parafinterapiya və s. proseduralar, çizometrik tətbiq edilir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla