AZ

XRİTDX hazırladığı “Cyber Poligon” layihəsi NATO tərəfindən təsdiqləndi

Bakı. Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin(XRİTDX) hazırladığı “Cyber Poligon” layihəsi NATO tərəfindəntəsdiqlənib.

Bu barədə Trend-ə XRİTDX-dən məlumat verilib.

Buxarest Parlament Sarayında baş tutan Rəqəmsal İnnovasiyalarSammitində təşkil olunmuş “Kritik İnfrastrukturların Mühafizəsi –2024” Beynəlxalq Konfransında Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxışedib.

O, “Enerji infrastrukturlarının fəaliyyətində dayanmalar zamanıfövqəladə hallara hazırlıq” mövzusunda baş tutmuş panelmüzakirələrində ölkəmizdə bu sahədə ötən ilk keçirilmiş “CriticalInfrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində ilkdəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiəqabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərininidarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə”yarışının keçirilməsindən bəhs etmişdir. T. Məmmədov, kritikinformasiya infrastrukturlarında informasiya təhlükəsizliyinə məsulkomandalar üçün təlim xarakterli belə kibermüharibə yarışlarınıntəşkilinin faydasından danışmaqla, texniki təlimlərlə yanaşı üstsəviyyə idarəçilər üçün də böhranın idarəedilməsi mövzusunda “TableTop Exercises” təlimlərinin keçirilməsinin fövqəladə vəziyyətlərdəadekvat və sürətli qərarların alınması baxımından mühüm əhəmiyyətdaşıdığını vurğulayıb.

Eyni zamanda T. Məmmədov kritik enerji infrastrukturlarındainformasiya təhlükəsizliyinin yüksəldilməsi məqsədilə Xüsusi Rabitəvə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanınİnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgəhazırladığı “Cyber Poligon” layihəsinin NATO-nun Sülh Naminə Elmproqramı tərəfindən təsdiqləndiyini və 2024-cü ilin may ayındanetibarən 2 illik müddətinə başlayacağını elan edib.

XRİTDX
XRİTDX
XRİTDX
Seçilən
43
8
Mənbələr
Şərh ()
Bağla