AZ

"AFFA nümayəndəsi kimi ona hakimlərin işinə qarışa bilməyəcəyimi dedim"

“Səbail”in 31 yaşlı bosniyalı müdafiəçisi Adi Mehremiç “Kəpəz”lə görüşdə bir dəqiqənin içində əvvəlcə sarı, ardından qırmızı vərəqə alandan sonra çempionatın keçirilməsini cavabdehlik daşıyan rəhbər şəxslərə üzünü tutaraq kəskin etirazını bildirdi.

Müdafiəçinin belə kəskin etirazının (yeri gəlmişkən, ilk demarşı deyil) nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün matçın AFFA nümayəndəsi Zaur Hacıməhərrəmovla əlaqə saxladıq:

“Futbolçu orda, sadəcə, hakimlərlə danışmaq istədi. Əlbəttə, biz də icazə vermədik. Ədalət təmsilçilərinə etirazı var idi. Sonra mənə yaxınlaşdı və mədəni şəkildə etirazını bildirdi. Həmin epizodda nəyə görə qırmızı aldığını bilmədiyini söylədi. Mən də AFFA nümayəndəsi kimi ona hakimlərin işinə qarışa bilməyəcəyimi dedim. Yaşıl meydanda nə baş verirsə, məsuliyyəti hakimlərin üzərindədi. Bəli, etirazın mədəni surətdə mənə bildirdi və paltardəyişmə otağının qarşısında, texniki zonada hər hansı əlavə hərəkət görmədim. Bu üzdən onun barəsində raportuma heç nə yazmadım. Etiraz, emosiyalar hər oyunda olur. Həm də görüşdən sonra jurnalistlərə açıqlama verdi və üzr də istədi. Heç bir təhqirdən istifadə etmədi. Emosiyalar futbolun bir hissəsidi, normaldı. Amma aşırı dərəcədə olmamalıdı. Hakim hansı qərarı veribsə, məsuliyyət onun üzərindədi. Burda bizlik heç nə yoxdu”.


KAMAL SƏFƏR
Seçilən
28
Mənbələr
Şərh ()
Bağla