AZ

İsrailin daxili təhlükəsizlik naziri İrana hücumdan danışdı

İsrailin İrana hücumu barədə məlumatları rəsmi Təl-Əviv təsdiq və təkzib etməsə də, daxili təhlükəsizlik naziri İytmar Ben-Gevir buna münasibət bildirib.

O, bu barədə özünün X hesabında paylaşım edib.

Ben-Gevir İsrailin İrana hücumunu nəzərdə tutan paylaşımda bunu zəif adlandırıb.

Nazirin paylaşımı müxalifət lideri Yair Lapidin sərt reaksiyası ilə qarşılaşıb.

“Əvvəllər təhlükəsizlik kabinetində heç bir nazir ölkənin təhlükəsizliyinə və imicinə bu qədər böyük ziyan vurmamışdı”,- Lapid yazıb.

Siyasi şərhçilərin fikrincə, İtmar Ben-Gevirin bu yanaşması İsrailin İrana hava hücumu təşkil etməsini təsdiq kimi qəbul olunur.

visiontv.az



Seçilən
83
Mənbələr
Şərh ()
Bağla