AZ

"KTMT silahlarının Ermənistana verilməsi razılaşdırılsa da, Paşinyan əksini dedi" - LAVROV

“2022-ci ildə KTMT silahlarının sərhəd mühafizəsi üçün Ermənistana verilməsinə dair sənəd razılaşdırılıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“KTMT-nin Ermənistan üçün silahları 2022-ci ildə sərhədlərin mühafizəsi, təlimlərin keçirilməsi və KTMT missiyasının yerləşdirilməsi üçün Ermənistana silah verilməsinə dair sənəd razılaşdırılıb. Bu faktdır. Sənəd bütün nazirlər tərəfindən bəyənilib, lakin baş nazir Nikol Paşinyan heç bir konsensusun əldə olunmadığını deyib. Əvəzində ölkəyə Avropa İttifaqı missiyası daxil olub”, – Lavrov deyib.

İki ay müddətinə planlaşdırılan Aİ missiyası barədə danışan XİN rəhbəri əlavə edib ki, bu, artıq müddətsiz olub. Onun sözlərinə görə, kanadalılar da prosesə qoşulub və digər NATO üzvləri də qoşulmağı planlaşdırır.

Azpost.info

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla