AZ

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov qeyd edib ki, sülhməramlılar Dağlıq Qarabağın infrastukturu və ya erməni əhalisinin sosial,enerji təhlükəsizliyi ilə problemlərin həllinə cəlb edilmiş,Azərbaycan tərəfi isə sülhməramlıların missiyasına aid olmasa da onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır:

"Rusiyanın sülhməramlı hərbi kontingenti 2020-ci ilin 10 noyabrında Rusiyanın moderatorluğu ilə Azərbaycan və Ermənistan arasında atəşkəsin bərpa edilməsi haqqında üç tərəfli bəyanatın şərtlərinə əsasən münaqişə bölgəsinə yeridilmişdi.Atəşkəsə nəzarət ,təhlükəsizliyi təhdid edə biləcək hadisələrin qarşısının alınması,sabitliyin qorunması və s. sülhməramlıların əsas vəzifələrindən idi.Azərbaycana aid Dağlıq Qarabağda Ermənistana aid olan və qeyri-qanuni şəkildə burada qalan silahlı birləşmələrin ərazidən çıxarılması da sülhməramlılarin vəzifələrindən idi.Ermənistanın Rusiya və KTMT-ni ilə munasibətlərində Qərbin maraqlarına işləyəcək tendensiyaların yaşanmasına yol verməmək üçün Rusiya sülhməramlılarının bununla bağlı işi ləngimişdir.Hətta buna baxmayaraq Ermənistan sülhməramlıların öz işinin öhdəsindən layiqincə gəlməməsi,bir sıra hallarda Azərbaycan tərəfinin xeyrinə tərəfkeşliyə ilə bəyanatlarla çıxış etmişdir.Halbuki,sülhməramlılar Dağlıq Qarabağın infrastukturu və ya erməni əhalisinin sosial,enerji təhlükəsizliyi ilə problemlərin həllinə cəlb edilmiş,Azərbaycan tərəfi isə sülhməramlıların missiyasına aid olmasa da onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır.Keçən ilin sentyabrında Rusiyanın sülhməramlılarını xəbərdar edərək Azərbaycan Dağlıq Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin zərərsizlışdirilməsi və separatçı rejimin fealiyyətinə son qoyulması məqsədilə burada antiterror əməliyyatı keçirmiş,nəticə etibarilə dövlətin bu ərazilərdə də ərazi bütövlüyü bərpa edilmişdir. Rəsmi Bakının Qarabağdakı erməni icmasına reinteqrasiya ilə bağlı təkliflərinə baxmayaraq,ermənilər Dağlıq Qarabağı könüllü şəkildə tərk edib köçmüşdülər.Hadisələrin belə axarından sonra sülhməramlıların fəaliyyətinə olan əvvəlki zərurət aradan qalxmış,tərəflər arasında əldə edilmiş razılıqlara görə sülhməramlılar dislokasiya olduqları mövqeləri vaxtından əvvəl tərk edib getməyə qərar vermişlər. Moskva özü buna tərəflər arasında yüksək etimadın olması konteksindən yanaşmış və qiymətləndirmişdir".


BiG.Az
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla