AZ

Putin Təhlükəsizlik Şurasının iclasını keçirib

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə operativ iclas keçirib.

Azpost.info xəbər verir ki, iclasda dövlət ehtiyatları ilə bağlı məsələlər, o cümlədən narkotik təhlükəsi ilə mübarizə tədbirləri müzakirə edilib.

Prezidentə ilk hesabat verən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev olub.

“Hörmətli həmkarlar, gəlin, dövlət ehtiyatlarından, narkomaniya təhlükəsi ilə mübarizədə əhaliyə yardımın göstərilməsini yaxşılaşdırmaq üçün tədbirlərdən danışaq”, – Putin bildirib.
Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə bundan qabaqkı görüşü mütəşəkkil cinayətkarlıqla mübarizəyə həsr olunmuşdu.

Azpost.info

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla