AZ

Alizadə ilə bağlı bunları deyibmiş...

Türk reper Berkcan Güvenin məhkəməlik olduğu Asya Alizadə ilə bağlı köhnə açıqlaması gündəm olub.

OLAY yazır ki, Bege ötən il Alizadə ilə bağlı bunları söyləyib:

“İnsanlarla pul üzərində qurulan dostluğumuz yoxdur. Alizadə ilə işlədiyim üçün “niyə bununla çalışırsan?” deyirlər. Mən Alizadəni, musiqisini, xarakterini sevirəm. Onunla olan iki mahnıdan da pul almamışam. Bu mənim üçün yaxşılıq kimi bir şeydir. Aralarında ən çox bizə sadiq qalan, iş birliyi edəndə ən çox zövq aldığım insandır”.

Qeyd edək ki, Bege “24/7”, “Kalbin bana kaldı” duet mahnılarına görə Alizadədən müəllif hüquqları tələb edir.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla