AZ

47 milyon il əvvəl yaşamış nəhəng ilan qalıqları tapıldı

Hindistanda mədəndə bir ilana aid təxminən 47 milyon illik onurğalar aşkar edilib.

Publika.az xəbər verir ki, "Scientific Reports" jurnalında dərc olunan araşdırmaya görə, Qucarat ştatının qərbindəki linyit kömür mədənində ilana aid 27 fəqərə tapılıb. Onun indiyə qədər yaşamış ən böyük ilanlardan biri olduğu təxmin edilir.

Elm adamları fəqərələrin hind mifologiyasındakı ilan padşahına istinad edərək "Vasuki indicus" adlandırdıqları və 11-15 metr uzunluğunda olduğu təxmin edilən ilan növünə aid olduğunu bildiriblər. İlanın çəkisinin 1 ton olduğu təxmin edilir.

Qeyd edək ki, Asiyanın 10 metr uzunluğunda torlu pitonu bu gün yaşayan ən böyük ilan kimi tanınır.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla