AZ

NATO “xarici agentlər” qanununun Gürcüstan parlamentində qəbul edilməsindən narahatdır

NATO “xarici agentlər” qanununun Gürcüstan parlamentinin birinci oxunuşundan keçməsindən narahatdır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “X” platformasındakı paylaşımında bildirib.

“NATO Tbilisidə birinci oxunuşdan keçən qanun layihəsindən narahatdır. NATO namizədi olaraq Gürcüstan üçün əsas məsələ media azadlığını və vətəndaş cəmiyyətinin iştirakını təmin etmək üçün düzgün çərçivəyə malik olmaqdır. Bu qanun layihəsi geriyə doğru bir addımdır və Gürcüstanın Avro-Atlantik inteqrasiyasını irəli aparmır", - Kolomina qeyd edib.”

Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla