AZ

"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?

style='margin-bottom:10px;'>

"Barselona"nın direktorlar şurası komandanın "Kamp Nou"ya qayıtma tarixi ilə bağlı qərar verib.

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Kataloniya klubu təmir olunan arenaya 2024-cü ilin dekabr ayının 15-də qayıdacaq. Lakin həmin vaxt ümumi oturacaqların 60 faizi məhdudlaşdırılacaq.

İlkin olaraq rəhbərlik noyabrın 29-da, klubun 125 illik yubileyində “Kamp Nou”ya qayıtmağı planlaşdırsa da, daha sonra stadionun istifadəyə verilməsində tələsməmək qərarına gəlib.

Qeyd edək ki, "Barselona" "Kamp Nou"nun yenidən qurulması ilə əlaqədar 2023-cü ildən etibarən ev matçlarını Olimpiya Stadionunda keçirir.

Seçilən
93
14
Mənbələr
Şərh ()
Bağla