AZ

Şirvan suvarma kanalı ətraf rayonların daha da çiçəklənməsinə xidmət edəcək

1958-ci ildə istismara verilən Yuxarı  Şirvan  Kanalı respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır. Yuxarı Şirvan kanalı suyun mənbəyini Xanabat bəndindəki baş qurğudan alır. Bu kanal vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının əkin sahələri və Şirvan qış otlaqları suvarılır. Son illərdə (2000-2001) anbarda suyun səviyyəsi aşağı olduğundan Yuxarı Şirvan kanalına tələb olunan suyun verilməsində problemlər yaranmışdır. Son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülmüş, xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması istiqamətin işlər görülmüşdür.

Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.Bu kanal artıq 9 rayonun daha da çiçəklənməsinə xidmət edəcəkdir.

Bildiyimiz kimi , Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu layihə çərçivəsində görülən işlər cəmiyyətimiz və ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Yeni yaşıl dünyanın yaranması, onun çiçəklənməsi, həyata gözəllik bəxş etməsini  susuz təsəvvür etmək mümkün deyil. Yenidən qurulan Şirvan suvarma kanalı təbiətimizin  daha da gözəlləşməsi, torpaqlarımızın münbit , bol-bərəkətli olması istiqamətində atılan mühim addımlardan biridir.Yaşıllığın artması eyni zamanda havanın çirklənmədən azad olmasına təsir edir.

Uzun illər ərzində bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhvə vermişdir.

 Şirvan suvarma kanalının yenidən qurulması əkinçiliyin , əhalinin rihafının yaxşılaşdırılmasında əsaslı şəkildə özünü göstərəcəkdir. Su hövzələrindən səmərəli istifadə edilməsi , onların qorunması təbiətimizə göstərdiyimiz qayğının nəticəsidir.

Gülümzər İsmayılova,
Bakı şəhəri, Xətai rayonu, 138 saylı məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla