AZ

Qayda pozduğuna peşman oldu – Səkini zəbt edən sürücü görün nələr yaşadı - VİDEO

Paytaxtda qeyri-adi hadisə qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

77-YG-283 qeydiyyat nişanlı “Chevrolet Cobalt LTZ” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini səkidə park edib. Geri döndükdə isə avtomobilin üzərinə çoxlu kardon və daş qoyulduğunu görən sürücü şoka düşüb. Sürücü iddia edir ki, qonşuda təmir işləri aparılır və bunu edən də elə onlardır.

Qeyd edək ki, baş verənlərdən narazı qalan sürücü özü də qayda pozub. O, səkidə avtomobil park etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələnə bilər.

Məhəbbət Tərlanoğlu

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla