Məsələ ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında qeyd edib ki, Zaxarovanın bu fikirləri əslində Qərbi Azərbaycan məsələsi ilə bağlıdır:
“Çünki Qarabağdan çıxan ermənilərin geri qayıtması məsələsi ilə paralel olaraq Azərbaycan tərəfi Qərbi azərbaycanlıların öz evlərinə qayıdışı məsələsini irəli sürür. Məsələnin bu cür qoyuluşu Rusiyada narahatlıq doğurur. Rusiyanın Qarabağ ermənilərinin qayıdışı məsələsini dəstəkləməsi daha çox siyasi oyunun bir hissəsidir. Qərb Rusiya sülhməramlılarının Qarabağı tərk etməsindən sonra Rusiyaya qarşı iddialar irəli sürməyə başladı. Ermənistana da iddia edilir ki, artıq Rusiya sənin arxanda deyil. Bununla belə Rusiya göstərmək istəyir ki, biz ermənilərin qayıdış məsələsini dəstəkləyirik. O da vurğulanmalıdır ki, onlar Azərbaycana qayıdışı reinteqrasiyası çərçivəsində istəyirlər. Bu o deməkdir ki, ermənilər yalnız Azərbaycan vətəndaşlığını qəbul edib qayıda bilərlər. Rusiya Qərbi Azərbaycan məsələsini aktuallaşdırmaqla Ermənistanda itirilmiş imicini bərpa etməyə çalışır. Zaxarovanın verdiyi açıqlamanın əsası budur”.
Törə Zeynallı
Demokrat.az