AZ

Klopp “Liverpul”un Avroliqa ilə vidalaşmasına aydınlıq gətirdi

“Liverpul”un baş məşqçisi alman mütəxəssis Yurgen Klopp “qırmızılar”ın Avropa Liqasını tərk etməsinə aydınlıq gətirib.

Arena.az xatırladır ki, 1/4 finalın cavab oyununda “Liverpul” “Atalanta”ya 1:0 hesabı ilə qalib gəlsə də, evdəiki ilk oyunda 0:3 hesablı məğlubiyyət həlledici olub və Berqamo təmsilçisi yarımfianla adlayıb.

“Oyunu qazandıq və göstərmək istədiyimiz qarşılıq məhz bu idi. Çətin idi və bunun belə olacağını bilirdik, amma Atalanta yüz yarımfinala çıxmağa yüz faiz layiqdir. Bunlar qarışıq duyğulardır. Biz mübarizədən kənarlaşdırıldıq, amma oyundan razıyam. Dublinə getmək istərdik, amma bu, baş vermədi.

Ən böyük fəsad ikinci hissədə eyni nəbzi saxlaya bilməməkdir. Birinci hissədə bizə çox təzyiq göstərdilər, amma yenə də bir neçə dəqiq imkan yarada bildik. Hər halda, “Atalanta” daha da irəli getməyə layiqdir.

Avropa Liqasının yarımfinalına çıxmamağımızın səbəbləri? Bizdə yüksək səviyyəli oyunçulardan keyfiyyət çatışmırdı…” – UEFA-nın mətbuat xidməti Yurgen Klopdan sitat gətirir.

Avropa Liqasının yarımfinalında “Atalanta” Marsel “Olimpik”i ilə qarşılaşacaq.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla