AZ

Sumqayıt-Bakı yolunda sonu görünməyən TIXAC

Hazırda Sumqayıt-Bakı yolunda sonu görünməyən tıxac müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə tıxacda qalan sürücülərdən biri məlumat verib. Onun sözlərinə görə, Sumqayıt şəhərinin girişindən başlayan tıxac Ceyranbatan qəsəbəsinə qədər uzanır. Bir saatdan çoxdur yüzlərlə nəqliyyat vasitəsi hərəkətin təmin edilməsini gözləyir. Hazırda 4 zolaqlı yoldan yalnız birində avtomobillərin hərəkəti mümkündür.

Tıxacın yolda aparılan təmir səbəbiylə yarandığı bildiirlir. Müvafiq dövlət qurumunun şosse yolunda təmir işlərinə başlaması nəqliyyatın hərəkətini çətinləşdirib.

Nəqliyyatın hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları əraziyə cəlb olunub. (Yenisabah)

 

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla