AZ

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

Avropa İttifaqı Rusiyaya qarşı mövcud məhdudlaşdırıcı tədbirlərdən yan keçənlərə yönələn yeni sanksiyalar paketi hazırlayır. SİA xəbər verir ki, bu barədə Avropa İttifaqının yüksək vəzifəli rəsmisi Brüsseldə jurnalistlərə deyib.

“Hazırda Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyirik. Yeni paket məhdudiyyətlərdən yan keçənlərlə mübarizəyə yönələcək və onlara qarşı sanksiyalar tətbiq olunacaq”, - deyə Aİ nümayəndəsi bildirib.

Avropa Komissiyası Rusiyaya qarşı fevralın 23-də təsdiqlənən 13-cü paketin ardından 14-cü sanksiyalar paketini hazırlamağa başlayıb. Əvvəlki paketdəki məhdudlaşdırıcı tədbirlər Rusiya Federasiyasından və bir sıra digər ölkələrdən, o cümlədən Hindistan, Qazaxıstan, Çin, Serbiya, Tailand, Türkiyə və Şri-Lankadan olan 106 fiziki və 88 hüquqi şəxsə şamil edilmişdi.

Seçilən
34
48
Mənbələr
Şərh ()
Bağla