AZ

Bu proses Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin təsdiqidir -HƏRBİ EKSPERT

Rusiyanın Azərbaycanda Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən sülhməramlı kontingent artıq yaranmış zərurət nəticəsində vaxtından tez Azərbaycan ərazilərini tərk edir. Rusiya tərəfindən Azərbaycanda sülhməramlı missiyasını yerinə yetirmiş kimi qiymətləndirərək iki dövlətin ali rəhbərliyi sülhməramlı qüvvələrin kontingentini vaxtından tez çıxarmaq haqqında qərar qəbul ediblər. Rusiya sülhməramlı kontingenti ilə bağlı çoxsaylı söz-söhbət gəzirdi. Hətta Ermənistandan hərbi bazanın məhz Qarabağa köçürülməsi ilə bağlı şayiələr yayırdılar. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində proseslər indiki istiqamətdə gedir. Belə ki, ordumzun ötən ilin sentyabrında keçirdiyi uğurlu lokal antiterror tədbirləri nəticəsində separatizmə son qoyuldu və qanunsuz silahlılar tərksilah edildi.

Bu sözləri “İki sahil”ə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ş.Ramaldanov bildirib ki, erməni separatizminin kökü kəsildikdən sonra Rusiya sülhməramlı qüvvələrin fəaliyyətinə ehtiyac qalmadı. Ona görə ki, Qarabağda yaşamaq istəyən ermənilərlə reinteqrasiya prosesi düzgün aparılıb. Hətta Azərbaycanın müvafiq qurumları tərəfindən Qarabağı tərk edən ermənilərin mülkiyyəti və yaşayış yerləri də mühafizə olunaraq saxlanılır. Yəni demək istəyirəm ki, antiterror tədbirlərindən sonra ötən bütün dövr Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyətinə prinsip etibarilə ehiyac qalmadı.

Təbii ki, yaranmış real vəziyyət düzgün qiymətləndirilərək belə bir qərar qəbul olunub. Sülməramlılar ərazimizə 2020-ci ildə imzalanan üçtərəli Bəyanata əsasən müvəqqəti yerləşdirilmişdi. Həmin üçtərəfli  sənəddə “müvəqqəti” şərtinin qoyulması və prosesin məntiqi sona çatdırılması Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin təsdiqidir. Azərbaycan dövlət başçısı qeyd etmişdir: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm". Biz bir daha bu reallığın şahidi olduq. 

Hərbi ekspert qeyd etdi ki, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Rusiya dövləti tərəfindən sülhməramlı kontingentin vaxtından əvvəl çıxarılmasına münbit zəmin yaratdı. Beləliklə, onlar bu düzgün qərarı qəbul etdilər. Hesab edirəm ki, sülhməramlıların çıxarılmasından sonra Azərbaycanla Rusiya arasında dostluq münasibətləri daha da güclənəcək.

Cavid Əkbər, “İki sahil”

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla