AZ

“Sübhaninin açıqlamaları Bakı-Tehran münasibətlərinə xələl gətirir” - Politoloq

“İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin son 1 aydakı açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşən münasibətlərə xələl gətirir. Azərbaycanla İran arasında nəqliyyat-kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendləri fonunda belə bir açıqlamanın məqsədi nədir? Yaxşı olardı ki, Tehran bu cür şəxslər, konkret olaraq səfirlə bağlı araşdırma aparsın. Yoxsa Azərbaycanda bunu Abdullahiyanın şəxsi göstərişi kimi başa düşə bilərlər. Ümumiyyətlə, son 30 ildə Azərbaycana qarşı ən sərt mövqedən çıxış edən qonşu ölkənin XİN-i yaxşı olardı ki son illər harada uğur qazandığını götür-qoy etsin”.

Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Azərbaycan baş verənlər qarşısında kifayət qədər dözüm və səbr nümayiş etdirərək Tehrana qarşı düşmən mövqedə olan Qərbə "Cənubi Qafqazdakı proseslərə müdaxilə etməyin, böldəgəki çağırışlar yalnız bölgə dövlətləri tərəfindən həllini tapmalıdır" çağırışı etdi. Əvəzində isə, qonşu dövlətin XİN-i özünü nəinki eşitməzliyə qoydu və təşükkür belə etmədi, hətta səfirlər vasitəsilə köhnə ritorikanı davam etdirir:

“Azərbaycanla dostluq münasibətləridə maraqlı olduğunu bəyan edən Abdullahiyan özünün Ermənistandakı səfirinin cəfəng açıqlamalarına niyə göz yumur? Sözdə Qərbi özünün düşməni kimi qələmə verən Tehran lazım gəldikdə ABŞ ilə əməkdaşlığa hazırdır. İndiyə qədər bu əməkdaşlığın nəticələrini Yaxın Şərqdə dəfələrlə görmüşük. Bu dəfə Ermənistanda bu siyasətin gerçək üzünü gördük”.

Politoloqun sözlərinə görə, Azərbaycan-ABŞ, Azərbaycan -Aİ münasibətlərinə qıcıqla yanaşan dairələr unutmasınlar ki, onların qonşuluğunda müstəqil dövlət var və rəsmi Bakı xarici siyasətində lazım bildiyi davranışı bundan sonra da sərgiləyəcək:

"Ermənistan rəhbərliyinin addımını nəinki tənqid edən, hətta dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorumalıdır".

Sevinc,
BakuPost
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla