AZ

Azərbaycanlı sürücü Dubayda görün nələr yaşadı – ANBAAN VİDEO

Azərbaycanlı sürücünün Dubaydakı çətin anları sosial şəbəkələrdə paylaşılıb.

Avtosfer.az xəbər verir ki, Dubayda yağan yağıntılar səbəbindən yollar su altında qalıb. Belə yollardan keçən azərbaycanlı sürücünün yaşadığı çətinlik maşında olan sərnişin tərəfindən anbaan qeydə alınıb. Belə ki, avtomobil suya girdikdən sonra yolun ortasında mühərrik sönüb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində son 75 ildə rekord miqdarda yağıntı qeydə alınıb. Aprelin 16-na keçən gecə bu bölgə üçün nadir olan güclü yağışlar yağıb. Güclü yağan yağışlar nəticəsində yollar və metro stansiyaları su altında qalıb. İctimai nəqliyyatın hərəkəti dayandırılıb.

Həyəcan dolu görüntüləri təqdim edirik:

Məhəbbət Tərlanoğlu

Seçilən
40
20
Mənbələr
Şərh ()
Bağla