AZ

Tbilisidəki aksiyada polislər yaralandı

Tbilisidə üç gün ərzində "Xarici təsirin şəffaflığı haqqında" qanuna qarşı keçirilən etiraz aksiyalarında 5 polis xəsarət alıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı parlamentdə çıxışı zamanı Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri açıqlayıb. 

Onun sözlərinə görə, polislər aksiyalarda etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurma zamanı yaralanıblar. Onlardan ikisi ağır travma alıb. 

Bildirilir ki, ümumilikdə aksiyalar zamanı 40 nümayişçi saxlanılıb. 

Qomelauri, həmçinin qeyd edib ki, aksiya iştirakçıları aprelin 17-də Tbilisidə basqın edərək Hökumət evini ələ keçirməyi planlaşdırıb.

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
13
1
Mənbələr
Şərh ()
Bağla