AZ

Elə şərait yaradırlar ki, uşaqlar məktəbə gəlməsin - Deputatlardan narazılıq

“Bu gün Azərbaycan konstitusiyasına görə,  9-cu sinfədək təhsil məcburidir. Lakin bu gün biz birinci sinfə gedən uşaqların məktəbə qəbulunda ciddi problemlər yaradılır”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, bu gün  biz birinci sinfə qəbul zamanı müsabiqələrin  tətbiq olunduğuna şahidlik edirik. “Uşaq məktəbə gəlir ki, oxumağı öyrənsin, təhsil alsın. Yox, əgər o oxumağı bilirsə, daha məktəbə niyə gəlir? Rus çarının təhsillə bağlı  manifestində təhsillə bağlı deyilirdi ki, hamı təhsil almalıdır. Amma bizdə indi elə şərait yaradırlar ki, uşaqlar  məktəbə gəlməsin. Bəs o zaman bu uşaqlar harada və necə təhsil almalıdır”,  - deputat qeyd edib.

O əlavə edib ki, məktəblərdə böyük ansambl yaradılıb və  onlar birinci sinfə gedəcək uşaqlar üçün müsabiqə təşkil edirlər: “Bu hansı qayda və qanuna əsaslanır. Biz vətəndaşlarımızın təhsil almasına şərait yaratmalıyıq, daha uşaqların təhsildən yayınması üçün  özümüzdən qayda çıxarmamalıyıq”.

Deputat Məlahət İbrahimqızı özəl məktəbələrdə ödənişli təhsillə bağlı narazılığını dilə gətirib: “Bu gün Bakıda çoxsaylı özəl məktəb var və hərəsi özünə uyğun təhsil haqqı müəyyənləşdirib. Bu hansı prinsip və qaydaya uyğun müəyyənləşdirilir. Təklif edirəm ki, bunlar müəyəyn qaydalara uyğunlaşdırılmalıdır”.

Deputat Etibar Əliyev isə özəl məktəblərdə fantastik təhsil haqqının müəyyən edilməsində şikayətləndi. “Hesab edirəm ki, bu təhsil haqqının müəyyən bir hissəsi şəhid ailələrinin  təhsil haqqının ödənilməsinə sərf edilsə, daha yaxşı olar”, - deputat qeyd edib. 

Mürtəza
Ölkə.Az

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla