AZ

Fares Abu Akel “Qəbələ”dən getdi - Rəsmi

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Qəbələ” klubu israilli yarımmüdafiəçisi Fares Abu Akel ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Fares 2022-ci ilin iyul ayından “Qəbələ”də çıxış edirdi. Uzun müddət zədə səbəbindən oynamayan israilli legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Akel Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Avropa Konfrans Liqasında 2 oyunda iştirak edib.

“Qəbələ” İdman Klubu Fares Abu Akelə gələcək karyerasında uğurlar arzulayıb.

Fares Abu Akel daha öncə “Aşdod” və “Hapoel” (İxsal) kimi klublarda da forma geyinib.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla