AZ

Sumqayıt-Bakı yolunda sonu görünməyən tıxac 

Hazırda Sumqayıt-Bakı yolunda sonu görünməyən tıxac müşahidə olunur. 

Bu barədə Yenisabah.az-a tıxacda qalan sürücülərdən biri məlumat verib. Onun sözlərinə görə, Sumqayıt şəhərinin girişindən başlayan tıxac Ceyranbatan qəsəbəsinə qədər uzanır. Bir saatdan çoxdur yüzlərlə nəqliyyat vasitəsi hərəkətin təmin edilməsini gözləyir. 

Tıxacın yolda aparılan təmir səbəbiylə yarandığı bildiirlir. Müvafiq dövlət qurumunun şosse yolunda təmir işlərinə başlaması nəqliyyatın hərəkətini çətinləşdirib. 

Nəqliyyatın hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları əraziyə cəlb olunub. 

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
58
2
Mənbələr
Şərh ()
Bağla