AZ

Pioli “Milan”ın Avroliqadakı uğursuzluğuna aydınlıq gətirdi

“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/4 finalında “Roma”ya məğlub olaraq yarışı tərk etməsinə aydınlıq gətirib.

Arena.az xatırladır ki, “Milan” evdə 0:1, səfərdə isə 1:2 hesabı ilə məğlub olaraq, Avropa Liqasında iştirakına xitam verib.

“Bu turniri təəssüflə tərk edirik. “Roma” hər iki oyunda daha keyfiyyət və əzmkarlıq nümayiş etdirdi, yarımfinala isə yüksəlməyə layiq idi. Mütləq keyfiyyətimiz yox idi, çünki bəlkə də çox aydın imkanlar yaratmasaq da, cərimə meydançasında daha çox yararlanmalı olduğumuz vəziyyətlər vardı. Onların 10 nəfərlə qalmasına diqqət yetirməliydik, amma bizdə həm keyfiyyət, həm də qətiyyət çatışmırdı”, – “Football Italia” dərgisi Piolinin cavab oyunu haqda sözlərindən sitat gətirir.

Beləliklə, “Milan” evə qayıdır. “Roma” isə Avropa Liqasının yarımfinalında Almaniya Bundesliqasının çempionu Leverkuzen “Bayer”i ilə qarşılaşacaq. Vurğulayaq ki, Xabi Alonsonun yetirmələri cari mövsümdə məğlubiyyət tanımırlar.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla