AZ

Moskvada Qələbə Paradına hazırlıq keçiriləcək

Aprelin 18-də, mayın 9-da Qırmızı Meydanda keçirilən hərbi paradda iştirak edəcək hərbi texnikanın Moskvaya köçürülməsi başlayıb.

Herbiand.az Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mexanikləşdirilmiş karvan Moskva vilayətinin Alabino şəhərindəki təlim meydançasından Peçatniki rayonundakı (paytaxtın Cənub-Şərq inzibati rayonu) müvəqqəti texnika parkına hərəkət edib.

Karvanda 100-dən çox hərbi texnika, ixtisaslaşmış texniki təminat və texniki xidmət maşınları olub.

“Parada qalan günlərdə avadanlıqlar hərtərəfli hazırlıq keçəcək, müəyyən edilmiş rənglərə boyanacaq və üzərində Qələbə Gününün bayram rəmzləri də tətbiq olunacaq”, - mətbuat xidmətindən bildirilib.

Mayın 5-də Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümünə həsr olunmuş paradın yekun məşqi keçiriləcək.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qırmızı Meydandakı paradda 9 mindən çox insanın və 75 hərbi texnikanın, eləcə də aviasiya qüvvələrinin iştirak edəcəyini bildirmişdi. Ümumilikdə, paradlar ölkənin 28 şəhərində keçiriləcək. İştirakçıların ümumi sayı 50 min nəfəri keçəcək. Bayram tədbirlərinə minə yaxın silah və hərbi texnikanın cəlb olunacağı gözlənilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla