AZ

"Neftçi" və "Turan"ın futbolçuları bir-birlərinə əl qaldırdılar

AFFA U-15 Liqasında çıxış edən "Turan Tovuz"un futbolçusu Uğur Məmmədov 4 oyunluq cəzalanıb.

Sportinfo.az xəbər verir ki, buna oyunçunun "Neftçi"yə qarşı matçın 53-cü dəqiqəsində təcəvüzkar davranışa yol verməsi səbəb olub.

Məmmədov rəqibi əli ilə vurduğuna görə cəza alıb.

"Neftçi"nin futbolçusu Ramin Abıyev də eyni dəqiqədə rəqibi əli ilə vurduğu üçün növbəti 4 qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla