AZ

Alkoqollu içkilər bahalaşacaq

“Məlum olduğu kimi, ölkədə alkoqollu içkilərin idxalı, istehsalı ilə bağlı icazə şərtləri təkmilləşdirilir. Bununla əlaqədər bu sahədə fəaliyyət göstərənlərin qarşısına yeni tələblər qoyulacaq. Tələblərə əməl edilməməsi onların qeydiyyatının ləğvi üçün əsas olacaq. İcazə şərtlərinin dəyişdirilməsi sözsüz ki, məhsulun qiymətinə öz təsirini göstərəcək”.




Bunu iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib.

O qeyd edib ki, yeni tələblər rəsmi istehsalı çətinləşdirərsə, bu, qanunsuz istehsalı artıra bilər. Ona görə də bu məsələ müvafiq qurumların diqqətində olmalıdır:

“Hesab edirəm ki, alkoqollu içkilərin istehsal həcmi ilə bağlı tələbin qoyulması düzgün yanaşma deyil. Çünki əsasən ,Avropa ölkələrində ailələrin kiçik şərab zavodları var və bu, turizmə də müsbət təsir göstərir. Lakin alkoqollu içkilərin keyfiyyəti, insan sağlamlığına təsiri ilə bağlı ciddi nəzarət mexanizmləri olmalıdır. Ümumilikdə yeni tələblərin tətbiq edilməsi nəticəsində alkoqollu içkilərin qiymətlərində artım gözləniləndir”.

Sevinc
BakuPost
Seçilən
83
Mənbələr
Şərh ()
Bağla