AZ

İrana hücum: Beş ölkə anlaşdı

İsrail İrana qarşı hücumu Misir, İordaniya, ABŞ və Səudiyyə Ərəbistanı ilə razılaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu “Bild” İsrailin hərbi mənbələrinə istinadla məlumat yayıb.

Alman nəşrinin həmsöhbətlərinin sözlərinə görə, regional tərəfdaşlar yəhudi dövlətini əmin ediblər ki, Tehrandan cavab zərbəsi endiriləcəyi təqdirdə İsrailə özünü müdafiə etməyə kömək edəcəklər.

Gecə saatlarında İranın İsfahan vilayətinə hava zərbələri endirilib, bir sıra hərbi obyektlərin vurulduğu bildirilir. Hücuma görə İsrail ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla