AZ

Deputat qrantların təyinatı üzrə nəzarətin gücləndirilməsini təklif edir

“Etiraf etməliyik ki, nə qədər güclü baza formalaşır formalaşsın, ölkədə maliyyə intizamı birbaşa siyasi iradədən asılıdır. Bu gün Azərbaycanda hakim siyasi iradə bütün sahələrdə şəffaflaşmanın əsas qarantoru kimi çıxış edir və o cümlədən də bütün tədbirlər görülüb ki, Hesablama Palatası təşkilati və funksional müstəqilliyə malik ali audit orqanı kimi fəaliyyətinə heç bir qanunsuz müdaxiləyə yol verilmədən bu istiqamətdə üzərinə düşən vəzifələri yerinə yetirsin. Bildiyiniz kimi, Palatanın kənar dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı təmin olunub ki, bu eyni zamanda Parlament tərəfindən nəzarət mexanizminin uğurlu  tətbiqidir”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmli parlamentdə Hesablama Palatasının  illik hesabatının müzakirəsi zamanı deyib.

O əlavə edib ki, hüquq pozuntularına qarşı mübarizə sahəsində dövlət orqanları ilə uğurlu qarşılıqlı fəaliyyət təcrübəsi formalaşıb. 

“Təsadüfi deyil ki, nəzarət tədbirləri ilə hesabatda da əksini tapan büdcəyə zərər, maliyyə pozuntuları və səmərəsiz xərclər meydana çıxarılıb”, - o qeyd edib.

Deputat maliyyə  xərclərinə nəzarətin daha effektli təmini məqsədi ilə bağlı iki təklif verib: 
“Birincisi, Hesablama palatasının dövlət satınalmaları, dövlət investisiyaları, dövlət proqramlarına və layihələrinə ayrılmış vəsaitlərin istifadəsi, qrantların və maliyyə yardımlarının təyinatı üzrə və səmərəli istifadəsi istiqamətində nəzarətin daha da artırılmasına üçün Palatanın Vətəndaş cəmiyyəti institutları ilə işləyən çevik-operativ mexanizmlərinin formalaşması məqsədəuyğun olar.
İkincisi, Prosesin təşəbbüskarı kimi Hesablama palatasının “səmərəsiz xərclər” anlayışının dairəsinin konkretləşməsi və bu anlayışın korekt formada qanunvericiliyə daxil edilməsi, eyni zamanda bu əməlin ictimai təhlükəlilik dərəcəsi ilə bağlı parlamentin aidiyyəti komitəsi ilə birgə müvafiq addımların atılması məqsədəmüvafiq olar”.

Mürtəza
Ölkə.Az

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla