AZ

Dövlət satınlamalarında və tenderdə problemlər qalmaqda davam edir - Vahid Əhmədov 

Dövlət satınalmalarında baş verən nöqsanların aradan qaldırılması istiqamətdə mübarizə aparılsa da, bu sahədə ciddi problem  qalmaqdadır.
 
Ölkə.Az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Hesabalama Palatasının parlamentdə illik hesabatının müzakirəsi zamanı deyib.
 
Onun sözlərinə görə, hesabatdan görünür ki, satınalamalarda alqı-satqılarla bağlı  müqavilərin, o cümlədən maliyyə-uçot işlərinin düzgün aparılmadığı görünür. “Ona görə də yaranmış vəziyyətlə hesabatlılığın effektivliyini təmin etmək üçün Hesablama Palatasına satınalmalarla, tenderlərlə, mühasibat -uçot sahəsində  yoxlamaları ciddi aparılmalıdır. Maliyyə-uçot sahəsində yeni qanun qəbul edilsə də, bu sahədə kadr çatışmazlığı mövcuddur.  Mühasibat-uçot sahəsində kadrların artırılmasına ciddi diqqət yetirmək lazımdır”, - deputat qeyd edib.
 
Mürtəza
Ölkə.Az
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla