AZ

Moskvada qətl törədən azərbaycanlının mənzilindən 300 min dollar tapıldı -FOTO

Moskvada gənc oğlanı mübahisə nəticəsində öldürən Azərbaycan vətəndaşının evində axtarış aparılıb.

Azpost.info bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Cinayət işinin istintaqı çərçivəsində müstəntiqlər tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Gecə saatlarında şübhəlinin mənzilində axtarış zamanı külli miqdarda – 44 milyon rubl və 300 min ABŞ dollarından çox pul aşkar edilərək götürülüb.

İstintaq onların mülkiyyətçiliyini müəyyən edəcək, həmçinin alınması və dövriyyəsinin qanuniliyini qiymətləndirəcək.

İstintaqın məlumatına görə, çərşənbə günü 21 yaşlı Azərbaycan vətəndaşı Moskvanın Krasnodarskaya küçəsindəki evlərdən birinin girişində avtomobili səkidə saxlayıb. Bu, 24 yaşlı yerli sakinin narazılığına səbəb olub və o, sürücünü danlayıb. Nəticədə 21 yaşlı gənc moskvalıya hücum edib, onu döyüb, sonra isə qarnına bıçaq zərbəsi endirib. Kişi aldığı xəsarətlərdən xəstəxanada ölüb, cinayətkar qaçıb.

Azpost.info

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla