AZ

Vurulan PUA-lar İran ərazisindən buraxılıb? -İDDİA

İran Milli Kiberməkan Mərkəzinin nümayəndəsi Hüseyn Dalirian bildirib ki, İsfahan şəhəri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan pilotsuz uçuş aparatları İran ərazisindən buraxılıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, PUA-nın uçuş məsafəsi çox qısadır, əlbəttə ki, ölkə daxilindən buraxılıb.”- Dalirian bildirib.

İsrailin İrana hücumu ilə bağlı mətbuatda yayılan xəbərlərə toxunan Dalirian deyib ki, “Amerika mediası İsrail ordusunun hücumunu sadəcə olaraq xəyal edib”.

Bundan əvvəl “The New York Times” xəbər vermişdi ki, İrana hücumların hədəfi İsfahan yaxınlığındakı hərbi hava qüvvələri bazası olub.

Seçilən
23
33
Mənbələr
Şərh ()
Bağla