AZ

Sülhməramlıların ərazilərimizi daha tez tərk etməsini şərtləndirən amillər var idi - Deputat

Bakı. Trend:

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərketməsini şərtləndirən bir neçə amillər var idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan bütün ərazilərində suverenliyini tambərpa edib.

“Ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirlərinəticəsində Azərbaycan öz ərazisində bütün separatçılarızərərsizləşdirdi və qanunsuz erməni silahlı dəstələriərazilərimizdən tam çıxarıldı. Artıq həmin ərazilərdə təhlükəsizlikAzərbaycan tərəfindən yüksək səviyyədə təmin edilir.

Eyni zamanda, Azərbaycan Qarabağ ərazisini könüllü tərk etməkistəyən erməni əhalinin tam təhlükəsiz şəkildə Ermənistanagetməsinə şərait yaratdı. Bu gün həmin ərazilərdə böyük quruculuqvə bərpa işləri aparılır, bütün dövlət qurumlarının fəaliyyətibərpa olunub. Azərbaycan bu gün regionda sülhün tərəfdarıdır vəErmənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxışedib və gün Azərbaycanla Ermənistan arasında sülh danışıqları davamedir.

Proseslər onu göstərdi ki, Azərbaycan özü təhlükəsizliyi təminedir və regionda sülhün bərqərar olması üçün üzərinə düşən bütünaddımları atır. Belə olan halda isə sülhməramlıların fəaliyyətinəgərək qalmır”, - deyə o qeyd edib.

Deputat vurğulayıb ki, Rusiya sülhməramlılarının Azərbaycanərazilərini tərk etməsi, eyni zamanda, Azərbaycanla Rusiya arasındaqarşılıqlı etimadın, hörmətin və ikitərəfli münasibətlərin yüksəksəviyyədə olduğunun göstəricisidir.

Seçilən
20
1
Mənbələr
Şərh ()
Bağla