AZ

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - ƏMR

Bakı. Trend:

Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2024-cü il 21–27aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında“İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı əmr imzalayıb.

Trend xəbər verir ki, əmr Ümumdünya Səhiyyə Təşkilatınıntəşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən“İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkiliməqsədini daşıyır.

Sənədə əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında“İmmunlaşdırma həftəsi”nin keçirilməsi təşkilatı-hüquqi formasındanasılı olmayaraq, respublikanın bütün tibb idarə və müəssisələrininrəhbərlərinə tapşırılıb.

Respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görəvaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi”ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsixüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi sənəddəöz əksini tapıb.

Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibbmüəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodikiköməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimiməsələlərin təşkili də nəzərdə tutulub.

Seçilən
30
20
Mənbələr
Şərh ()
Bağla