AZ

ABŞ və Qərb dairələri Cənubi Qafqazda sülh olmasında maraqlı deyil - ŞƏRH

Bakı. Trend:

İkinci Qarabağ müharibəsinin başlanması və qısa zaman kəsiyindəbaşa çatdırılması düşünülmüş hərbi strategiyanın tərkib hissəsiidi. Dövlət başçımız baş verə biləcək bütün riskləri hesablamışdıvə müharibəni hansı mərhələdə dayandırmaq lazım olduğunu qabaqcadanbilirdi. Ona görə də müharibə zamanı Ali Baş Komandan İlham ƏliyevŞuşasız işimizin yarımçıq olacağını dəflərlə bəyan edirdi. Şuşanınazad edilməsindən sonra müharibənin dayandırılmasının əsas məqsədiitkilərin çoxalmasına yol verməmək, ərazilərimizi dinc yolla azadetməklə 2025-ci ilə qədər bütün ərazilərimizdə suverenliyi bərpaetmək idi.

Bunu Trend-ə Milli Məclisin deputatı AzərBadamov deyib.

O qeyd edib ki, ona görə də 10 noyabr 2020-ci ildə dövlətbaşçılarının imzaları ilə üçtərəfli bəyanat imzalanaraq,müharibənin başa çatdırılmasına qərar verildi:

"İmzalanmış bu sənəd Azərbaycanın diktəsi ilə ərsəyə gəlmişdi vəbütün tələblərimiz burada öz əksini tapmışdı. Bəyannamədə görülməlidəqiq məsələlər qeyd olunmuş, o cümlədən, Rusiya sülhməramlılarınyerləşdirilməsi ilə bağlı da müddətlər əks olunmuşdu. Ammabəyanatın müddəalarına Ermənistanın əməll etməməsi proseslərisürətləndirdi və Azərbaycan 20 sentyabr 2023-cü ildə keçirilmişlokal xarakterli antiterror tədbirləri ilə bütün ərazilərindəsuverenliyi bərpa etdi. Suverenliyimizin bərpası ərazilərimizdəyerləşdirilmiş sülhməramlıların funksiyasının da sona çatmasınagətirib çıxardı. Amma buna baxmayaraq, Rusiya sülhməramlılarıbəyannaməyə görə 2025-ci ilin sonuna qədər qala bilərdi.

Rusiya prezidenti Vladimir Putin də öz çıxışlarında Azərbaycanınöz ərazilərində suverenliyi bərpa etməsindən sonra sülhməramlılarınQarabağda qalması məsələsinin Ermənistana artıq heç biraidiyyətinin olmadığını və bu məsələnin ancaq Prezident İlhamƏliyevlə müzakirə edilməli olduğunu bəyan etmişdi. Bu, həm dəErmənistana Qarabağla bağlı məsələnin artıq həll olunduğunun bəyanedilməsi idi.

20 sentyabr 2023-cü ildən Rusiya sülhməramnlıları fəaliyyətsizbir kontengentə çevrilmişdi. Hətta ağzında dili dinc dayanmayanlarRusiya hərbçilərinin ərazilərimizi tərk etməyəcəklərini vəhəmişəlik baza yaradaraq qalacaqları ilə bağlı məntiqsiz və absurdfikirlər də səsləndirirdilər. Amma Prezident İlham Əliyev nəyi nəvaxt və necə etmək lazım olduğunu hamıdan yaxşı bilir. Ona görə dəməqamı çatana qədər bu mövzu ətrafında müzakirələr aparılmadı vəməsələyə soyuqqanlılıqla yanaşdı. Bir neçə gün əvvəl isə dövlətrəhbərləri ali səviyyədə sülhməramlıların Azərbaycan ərazilərindənçıxarılması ilə bağlı qərar qəbul etdi. Artıq prosesə başlanılıb vəsülhməramlılar hissə-hissə özlərinin daimi dislokasiya yerlərinəqayıdırlar.

Sülhməramlıların ərazilərimizdən çıxarılmasınınRusiya-Azərbaycan münasibətlərinə heç bir mənfi təsiri olmayacaq.Bu proses, əksinə, ölkələrimiz arasında münasibətləri daha damöhkəmləndirəcək. Yəni sülhməramlıların vaxtından əvvələrazilərimizi tərk etməsinin ərazilərimizin bütövlüyünə Rusiyanınhörmətlə yanaşdığının göstəricisi olduğunu hesab edirəm.

22 fevral 2022-ci ildə dövlət başçılarımız arasında keçirilmişgörüşdə müttəfiqlik haqqında bəyannamə imzalanıb. Bu sənədinimzalanmasından sonra keçən dövrdə dövlətlərimiz arasındamünasibətlər yeni bir mərhələyə qədəm qoyub. Belə ki, ölkələrimizarasında münasibətlər suveren hüquqlarımıza qarşılıqlı hörmətəsasında qurularaq, geniş spektrdə inkişaf edir. Hərbçilərinərazilərimizdən çıxması hərbi məsələlərin başa çatması, iqtisadi vəhumanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinə təkan verəcəyideməkdir. Bu baxımdan, Rusiya-Azərbaycan münasibətləri bundan sonrada inkişaf edərək, xalqlarımızın daha da yaxınlaşmasına və dostluqmünasibətlərin möhkəmlənməsinə xidmət edəcək", - deyə A.Badamovbildirib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, BakıPolitoloqlar Klubunun sədri Zaur Məmmədov isəTrend-ə deyib ki, Rusiya sülhməramlıları bölgəni tərk edir:

"Lakin bu, o demək deyil ki, problem yoxdur. Görünən odur ki,ABŞ-nin müəyyən siyasi institutları, Qərbin ayrı-ayrı mərkəzlərinarahat oldular ki, rusiyalı sülhməramlıların gedişi ilə erməniməsələsi qapandı. Çünki onlar Qarabağ ermənilərinin qayıtması iləbağlı beynəlxalq təşkilatlarda məsələlər qaldırırdı. Hətta hansısamənada Azərbaycanı ittiham edirdilər ki, guya Azərbaycan Qarabağermənilərini o ərazilərdən zorla çıxarıb. İndi bu səbəbə görərusiyalı sülhməramlıların Qarabağı tərk etməsi onları məyusedir.

ABŞ Qarabağ məsələsini bağlanmasını istəmir. O ki qaldı Qarabağermənilərinə, onların qayıdışı üçün sülhməramlılara ehtiyac yoxdur.Azərbaycanda necə ki ayrı-ayrı etnik qruplar yaşayır, Qarabağerməniləri də Azərbaycan vətəndaşlığını qəbul edib, Qarabağagəlsələr, onlar üçün heç bir təhlükə olmayacaq. Əgər doğrudan da,ABŞ və Qərbin ayrı-ayrı qrupları Azərbaycan-Ermənistan arasındasülh mühiti olmasını istəyirlərsə, gəlsinlər, kömək etsinlər. Bakıvə İrəvan arasında sülhə mane olmasınlar.

Azərbaycan tərəfi bu kimi əməli addımlar gözləyir. Hər kəsəməldə kimin yanında yer aldığını göstərməlidir. Ya sülhüntərəfdarı, ya da vəziyyəti gərginləşdirməyin tərəfdarı olmalarınıqeyd etməlidir. Nə qədər ki Azərbaycanın ədalətli mövqeyidəstəklənməyəcək, Azərbaycan xarici siyasətində manevrlər etməyədavam edəcək", - deyə Z.Məmmədov əlavə edib.

Məqalədə:
Seçilən
32
2
Mənbələr
Şərh ()
Bağla